Azerbaijan Design Award”ın qalibləri müəyyənləşib.

Azərbaycanda ilk dəfə təşkil olunan “Azərbaycan Dizayn Mükafatı”nın (Azerbaijan Design Award) təqdimat mərasimi keçirilib.

Azerbaijan Design Award layihəsinin təşəbbüskarları Rəhim İsmayılov, Ramin Nəsirov və Elşən Quliyevdir. Layihənin məqsədi bu sahənin ölkəmizdə inkişafı və rəqabətin artmasıdır.

Müsabiqəyə 250-dən çox azərbaycanlı gənc dizayner işlərini göndərib. Xarici ekspertlərin də təmsil olunudğu münsiflər heyəti işlərə baxıb, 8 nominasiya üzrə beş əsər finalçı olub. Bütün əsərlər kodlaşdırılıb və münsiflər heyətinə tamamilə anonim şəkildə təqdim edilib.
 
Seçimdən sonra qaliblər açıqlanıb:

Brendinq kateqoriyasının qalibi – Ramin Həsənəlizadə

Sənaye dizaynı kateqoriyasının qalibi – Ayla Mirzəzadə

Qablaşdırma dizaynı kateqoriyasının qalibi – Rahib Dəmirqaya

İnteryer, eksteryer kateqoriyasının qalibi – Ayaz Bağırov

İllutrasiya kateqoriyasının qalibi – Vüsalə Zeynallı

Veb dizaynı kateqoriyasının qalibi – Kamran Mədətli

Print, outdoor kateqoriyasının qalibi – Mirelvin Məmmədhəsənli

Tətbiqetmə kateqoriyasının qalibi – Amal Əlili

Tədbirin sonunda mükafatlar qaliblərə təqdim olunub