Bakıda ilk dəfə “Freepik Azerbaijan – 2019” tədbiri keçirildi.

26 may 2019-cu ildə Bakıda ilk dəfə olaraq dünya miqyasında məşhur  platformanın “Freepik Azerbaijan – 2019” tədbiri  keçirildi.Tədbirin təşkilatçı rəhbəri Freepik-in  Azərbaycan üzrə səfiri Balaş Mirzəbəy idi. Tədbir Balkı Gənclər Mərkəzində baş tutub.

İl ərzində dünyanın müxtəlif ölkələrində bu tədbir keçirilir. Son illər Azərbaycanda rəqəmsallaşma
digital platformalara, dizayn işlərinə və fotoqraf sənətinə böyük maraq olduğu üçün analoji tədbirin ölkəmizdə də keçirilməsi qərarı verildi.

“Freepik Azerbaijan -2019” tədbirində şirkətin İspaniyadakı baş ofisindən gələn Alvaro Garcia, həmçinin ölkəmizin tanınmış dizayner və fotoqrafları çıxış etdi. Tədbirdə əsas müzakirə obyekti  kimi dizaynerlərə bu platforma üzərindən davamlı olaraq pul vəsaitinin qazanılması yolları da izah olunub.

Qeyd etməliyik ki, Freepik dünyada  gəlir gətirən əsas art platformalardan biridir. İlk dəfə 2010-cu il Alejandro və Pablo qardaşları ilə birgə Joaquin Cuenca tərəfindən yaradılıb. Freepik , dizayn sahəsi ilə maraqlananlar hər kəs üçün yararlıdır. Təqdim olunarkən 3 nəfərlə başlayan bu komanda, hazırda İspaniyanın Malaqa şəhərində 100 nəfər əməkdaş və müxtəlif ölkələrdə təyin etdiyi səfirlərlə təmsil olunur. Freepik saytının aylıq giriş sayı 190 ölkə və 30 milyon istifadəçidən artıqdır. İstifadəçiyə birbaşa çata bilən platforma, işini yerləşdirməklə satış edən müəlliflərə gəlir gətirir.