Darıxdırıcı avtomobil təkər dizaynlarına son!

Darıxdırıcı avtomobil təkər dizaynlarına son! 
Nike idman ayaqqabılarından ilhamlanmış ağ avtomobil təkərini təqdim edirik. Bir avtomobil təkəri necə fərqli ola bilər ki? John Elliott ilə şəriklik yaradan Lexus qarşınıza həqiqətən də çox özəl bir dizayna sahib ağ avtomobil təkər şinini təqdim edir.

Nike Air Force 1, idman ayaqqabı dünyasının ən xüsusi modellərindən biridir. Bu əfsanəvi ayaqqabını hazırlayan John Elliott, bu dəfə 2019 Lexus UX üçün xüsusi bir təkər şini hazırladı.

Nyu-York Moda Həftəsində göstərilən bu şini ilk baxışdan göründüyü kimi çox gözəl görünür. Ağ rənglə, standartları pozan təkər şini onun ikonik Air Force1 modelinə bənzər dizaynı ilə diqqət çəkməyi bacarır.

Üzərinə Nike və Air loqoları əlavə edilən təkər şinləri bəyan edildiyinə görə “Sole of the UX” layihəsi miqyasında ərsəyə alınıb. Əlbəttə, bu yeni model təkər  şini avtomobilin gündəmə gətirilməsi üçün böyük bir marketinq taktikası kimi hesab edilir. 18 düym uzunluğunda görülən təkər şini şirkətə görə avtomobilin şəhər mərkəzli dizaynını əks etdirir.